Manfred fon Rixthofen

Manfred fon Rixthofen
alm. Manfred von Richthofen
Doğum tarixi 2 may 1892(1892-05-02)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 21 aprel 1918(1918-04-21)[1][2][…] (25 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güm. döyüşdə ölüm
Dəfn yeri
  • Cənub Veysbaden qəbiristanlığı[d]
Fəaliyyəti zabit
Fəaliyyət illəri 1911-ci ildən
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Manfred Albrext Freyherr fon Rixthofen (2 may 1892[1][2][…], Vrotslav, Almaniya Reyxi[d][3]21 aprel 1918[1][2][…], Vo-sur-Somm[d], Fransa) – Birinci dünya müharibəsində iştirak etmiş alman pilot. "Qırmızı baron" ləqəbi ilə tanınır. Müharibənin as-pilotlarından olan Rixthofen 80 hava döyüşü qələbəsi qazanmışdır.

Əslində süvari olsa da, 1915-ci ildə Hava Xidmətinə transfer olunmuş və 1916-cı ildə Jagdstaffel 2 eskadrasının ilk üzvlərindən biri olmuşdur. Tezliklə tanınmış döyüş pilotuna çevrilmiş və 1917-ci ildə Jasta 11-in lideri olmuşdur. Daha sonra "Uçan sirk" və ya "Rixthofenin sirki" kimi də tanınan daha böyük qol olan Jagdgeschwader 1-in lideri təyin olunmuşdur. Belə adlanmasının səbəbi təyyarələrinin parlaq rənglərə malik olması, birliyin sirk kimi bir yerdən digər yerə köçürülməsi və tez-tez çadırlardan istifadə etməsidir. 1918-ci ildə Rixthofen Almaniyada milli qəhrəman elan edilmiş və düşmənləri tərəfindən hörmət bəslənilmişdir.

Rixthofen 21 aprel 1918-ci ildə Vo-su-Somm yaxınlığında vurulmuş və öldürülmüşdür. Onun karyerası və ölümünün aspektləri haqqında müzakirələr və debatlar aparılır. O, bütün dövrlərin ən tanınmış döyüş pilotuna çevrilmiş, bir çox kitab və filmin mövzusu olmuşdur.

Rixthofen "baron" kimi tərcümə olunan freyherr ("azad lord") tituluna malik idi. Ailəsinin üzvləri də bu titulun daşıyıcıları idilər. Rixthofen öz təyyarəsini qırmızı rəngə boyamışdır və tituluna görə də "Qırmızı baron" ləqəbi ilə məşhurlaşmışdır. Həyatda ikən Almaniyada daha çox "Qırmızı döyüş pilotu" (alm. Der Rote Kampfflieger‎) ləqəbi ilə tanınırdı. Bu ad Rixthofenin 1917-ci ilə aid avtobioqrafiyasında başlıq kimi istifadə olunmuşdur.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Manfred, baron von Richthofen // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Deutsche Nationalbibliothek Record #118600575 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search